İngiltərə Premyer Liqa kubokunda növbəti oyunlar keçirilib.

Offsideplus.az xəbər verir ki, Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası doğma meydanda “Derbi Kaunti”nin U-23 kollektivini qəbul edib.. Görüş də millimizin üzvü sonadək meydanda mübarizə aparsa da, komandası məğlub olub – 1:3.

H qrupunda yer alan “Vulverhempton” U-23 komandası 9 xalla ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.