UEFA Çempionlar Liqasının 1/8 finalı çərçivəsində səfərdə "Atletiko" ilə oyunda zədələnən "Liverpul"un futbolçusu Cordan Henderson üç həftəlik sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. 

Qeyd edək ki, Henderson Madrid təmsilçisi ilə görüşün 80-ci dəqiqəsində əvəzlənib