"Çelsi" klubunun fransalı futbolçusu Nqolo Kante 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Offsideplus.az xəbər verir ki, buna səbəb fransalı yarımmüdafiəçinin İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Yunayted"ə qarşı oyunda zədələnməsidir.  Kante ölkə çempionatında "Tottenhem", "Bornmut", Çempionlar Liqasında "Bavariya" və İngiltərə kubokunda "Liverpul"la oyunları buraxacaq.

Xatırladaq ki, Kante "Mançester Yunayted"lə görüşün 11-ci dəqiqədə məcburi əvəzlənmişdi.