“Everton” klubunnun uzun müddətdir zədəli olan futbolçusu Andre Qomeş zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, keçən ilin noyabrında zədələnən və əməliyyat olunan yarımmüdafiəçi, yaşıl meydanlara qayıtmağa hazırlaşır. Komandanın baş məşqçisi Karlo Ançelotti portuqliyalı futbolçunun Premyer Liqanın növbəti turunda keçiriləcək “Arsenal”la oyunda meydana çıxa biləcəyini qeyd edib.

Xatırladaq ki, Qomeşin noyabrda “Tottenhem”lə keçirilən oyunda (1:1) ayağı sınmışdı.