"Mançester Siti"nin UEFA tərəfindən iki il müddətinə Avrokuboklardan uzaqlaşdırılması, ÇL gəlirlərindən məhrum olması və 30 milyon avro məbləğində cərimə edilməsinə görə, bir sıra əsas futbolçularını sataraq, maliyyə balansını saxlamaq istədiyi barədə məlumatlar yayılıb.

 Offsideplus.az "Don Balon"a istinadən xəbər verir ki, "şəhərlilər"in hazırda İPL-də əsas rəqibi olan "Liverpul" bu klubun iki futbolçusu Kevin De BrüyneEmerik Lapora "elçi" düşüb. Bu sensasiyalı məlumat tez bir zamanda İngiltərə mətbuatında günün əsas mövzularından birinə çevrilib. Bir sıra mənbələrdə bu keçidin yayda baş tutacağı ilə bağlı xəbərlər dərc edilib.

Ancaq, baş məşqçi Pep Qvardiola və klubun əsas futbolçularından olan Rahem Sterlinq UEFA-nın məlum qərarı ilə bağlı etiraz ediblər və komandanın əsas oyunçularının "şəhərlilər"i tərk edəcəyinin, xüsusilə də "Liverpul"a satılacaqlarının qeyri-mümkün olduğunu bildiriblər.