Londonun "Çelsi" klubu "Ayaks"dan 45 milyon avro qarşılığında Hakim Ziyeşin transferini rəsmən elan edib.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, "zadəganlar" bunun ardınca daha bir transferə yönəlib. "The Sun" nəşrinin yaydığı məlumata görə, "Çelsi" "Birminqem Siti" klubunun gənc müdafiəçisi Yude Bellinqhamı hədəfləyir. London təmsilçisi 16 yaşlı ingiltərəli futbolçu üçün 50 milyon funt-sterlinq (64 milyon dollar) ödəməyə hazır olduğunu bəyan edib. Yay transfer pəncərəsində klub bu keçidi həll etməkdə qərarlıdır.

Qeyd edək ki, Bellinqham üçün digər nəhəng klublar da mübarizə aparır. "Barselona", "Real" və "Mançester Yunayted"in ardından Dortmundun "Borussiya" klubu da onu transfer etmək istəyir. Bundesliqa təmsilçisi hətta, yayda Sançonu satacaqları təqdirdə ilk hədəflərinin gənc futbolçunun olacağını bildirib.

Daşqın Əziz