“Tottenhem”in son vaxtlar yaxşı formada olan yarımmüdafiəçisi Son Honq-Min əsgərliyə çağırılıb.

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, cənubi koreyalı futbolçu ölkəsinin qanunlarına uyğun olaraq, ən azı 21 ay əsgərlik çəkməlidi. Son bundan imtina edəcəyi halda, onu həbs cəzası gözləyir.

Ancaq futbolçu əsgərlik çəkməkdən xilas da ola bilər. Belə ki, yerli qanunlara görə, idmançının olimpiya və ya Asiya oyunlarında medalı varsa, əsgərlikdən imtina edə bilər.

Lakin Sonun hələ ki, belə medalı yoxdu. Buna baxmayaraq, o, avqust ayında keçiriləcək Asiya oyunlarında Cənubi Koreya millisi ilə medal qazansa, əsgərlik çəkməkdən xilas olacaq.

Son cari mövsümdə “Tottenhem”in heyətində şans qazandığı 43 oyunda 18 qola imza atıb.