"Mançester Yunayted”in sabiq hücumçusu Dimitar Berbatov klubun düşdüyü acınacaqlı vəziyyətdən danışıb.

Offsideplus.az xəbər verir ki, mətbuata açıqlama verən sabiq bolqar futbolçu klubu indiki vəziyyətdən heç kimin çıxara bilməyəcəyini söyləyib: “”Müntəzəm olaraq mətbuatda klubun Bruno Fernandeşi transfer etmək cəhdindən məlumatları oxuyuram. Amma inanın, “Sportinq”in yarımmüdafiəçisi sehirbaz deyil. Doğrudanmı insanlar elə fikirləşir ki, bir oyunçu gələn kimi komanda dəyişəcək və qələbələrini sıralayacaq?! Futbol komanda oyunudur. Hətta Messi ilə Ronaldo da gəlsə, MY-dəki vəziyyəti dəyişə bilməyəcək. Mançesterlilər çətinlikdən komanda şəklində yaxa qurtarmalıdır”.