"Vulverhempton" klubunun meksikalı futbolçusu Raul Ximenez Premyer Liqa nəhənglərinin transfer hədəfinə düşüb.

Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, 28 yaşlı hücumçu ilə "Çelsi", "Mançester Yunayted" və "Tottenhem" klubları yaxından maraqlanır. Bu barədə məlumatı "Çelsi"nin keçmiş oyunçusu Co Koul verib. O, "zadəganlar"ın Ximenezi transfer etməyə daha yaxın olduğunu bildirib.

Qeyd edək ki, sözügedən futbolçu son 18 ayda çıxdığı 81 oyunda 37 dəfə rəqib qapılarına yol tapıb. Qollardan biri də dünən İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu çərçivəsində "Liverpul"la matçda vurulub. Ximenez özünün fərdi ustalığı sayəsində qurduğu hücumu Adama Traorenin məhsuldar ötürməsindən sonra məntiqi sonluqla tamamyalıb.

Daşqın Əziz