"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola gələcək planları haqqında danışıb.

Offsideplus.az  “Sky Sports”a istinadən xəbər verir ki, klubu yalnız rəhbərlik tərəfindən işdən çıxarılması şərti ilə tərk edəcək:

"Dəfələrlə demişəm - əgər "Mançester Siti" məni vəzifəmdən çıxarmasa, onda heç yerə getməyəcəyəm. Mən 100 faiz burada növbəti mövsümdə qalmağa hazırlaşıram və ona görə yox ki, biz son iki oyunu udduq və son aylar əla oynadıq. Oyunçularla işləmək xoşuma gəlir, hətta əgər hər şey pis olsa və biz Çempionlar Liqasına düşməsək, mən getməyəcəyəm. Məşqçilər üçün həmişə yaxşı və pis anlar var, siz hər vaxt qalib gələ bilmərsiniz. Amma hər şey ondan asılıdır ki, biz sonra nə edə bilərik öz oyunumuzu yaxşılaşdıra bilərik".

Qvardiolanın müqaviləsi 2021-ci ilin iyununa qədər nəzərdə tutulub. Onun illik maaşı 23,5 milyon avro təşkil edir.