İngiltərə Premyer Liqasının 23-cü turunun mərkəzi oyununda “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted” oyuna itkilərlə çıxacaq.

Offsideplus.az xəbər verir ki, komandanın üç əsas futbolçusu - Skott Maktominey, Markos Roxo və bir müddət əvvəl əməliyyat olunan Pol Poqba bu vacib oyunda forma geyinə bilməyəcək.

Qeyd edək ki, “Liverpul” - “Mançester Yunayted” matçı yanvarın 19-da keçiriləcək.