İngiltərənin “Vulverhempton” klubunun ötən yay Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi Renat Dadaşovun keçidi üçün ödədiyi təzminat qiyməti müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvünün transferi “canavarlar”a 1,5 milyon funt-sterlinqə (təqribən 3,3 milyon manat) başa gəlib.

Bu barədə "sportal.az"a “Vulverhempton”un media xidmətində çalışan Tim Spirs məlumat verib. “Vulverhempton” Renat Dadaşovu transfer etdikdən sonra Portuqaliyanın “Pasuj di Fereyra” klubuna icarəyə vermişdi. 20 yaşlı futbolçu qış fasiləsində Premyer Liqa klubuna qayıdıb. “Vulverhempton” Dadaşovu yenidən icarəyə vermək üçün klub axtarır.