"Everton”nun yeni stadionunun adı satılıb. 
Offsideplus.az xəbər verir ki, stadionu rusiyalı milyarder Alişir Usmanovun kompaniyası alıb. "USM Holdings” "Everton”un yeni stadionunun adına sahib çıxmaq üçün 35 milyon avro ödəyib. 
Yeni arenanın tikintisinə bul il start veriləcək və 2023-cü ildə yekunlaşacaq. Usmanovun arenaya hansı adı verəcəyi hələ dəqiq məlum deyil. 
Usmanov İngiltərə 10 il əvvəl "Arsenal”ın səhmlərinə sahib olub və 2018-ci ildə onları Sten Kronka satıb.