"Tottenhem”in futbolçusu Harri Keynin zədəsi gözlənildiyindən də ciddidir. 
Offsideplus.az xəbər verir ki, "Tottenhem”in baş məşqçisi Joze Mourinyo Keynin durumu ilə bağölı sualı cavablandırıb. O, futbolçunun Avro-2020-ni buraxa biləcəyini istisna etməyib: 
"Biz bütün qüvvəmizlə çalışırıq. Hazırda Harri ilə bağlı yeni məlumatımız yoxdur. Əgər siz onun haqqında məndən mütəmadi olaraq soruşsanız, onda mən də eyni cavabı verməli olacağam. Biz güman edirik ki, o, aprelin ortasında qayıtmalıdır. Amma bu qayıdış aprelin sonunda, mayın sonunda və hətta gələn mövsümün əvvəlində də ola bilər”. 
 26 yaşlı futbolçunun sol budunun ön səthindəki əzəldə yırtıq aşkarlanıb.
Qeyd edək ki, Keyn cari mövsümdə Premyer Liqada 20 oyun keçirib, 11 qol vurub.