"Tottenhem"in futbolçusu Harri Keynin zədəsinə aydınlıq gəlib.

Offsideplus.az  xəbər verir ki, İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə  "Sauthempton"la matçda (0:1) zədələnən futbolçu 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

26 yaşlı hücumçu ölkə çempionatında "Liverpul" və "Mançester Siti" ilə oyunlarda iştirak etməyəcəyi dəqiqdir. Keynin Çempionlar Liqasının 1/8 finalında "Lesptsiq"lə oyunda iştirakı isə sual altındadır.

Cari mövsümdə Premyer Liqada  20 matçda meydana çıxan Harri Keyn 11 qol vurub, 2  qolun ötürmə verib.