Türkiyə yığmasının üzvü Merih Demiral İngiltərə nəhənglərinin maraq dairəsindədir.

Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" və "Arsenal" klubları türk futbolçunu heyətinə qatmaq niyyətindədir. İki klubun da Merih üçün 36 milyon avro (67,7 milyon manat) təklif etdiyi bildirilir.

Qeyd edək ki, "Yuventus" Demiralı yayda "Sassuolo"dan 18 milyon avroya alıb.