"Mançester Siti" 2 futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Pep Qvardiola mövsümün sonunda bir neçə oyunçu ilə vidalaşacaqlarını bildirib: "Komandanı yeniləməliyik. David Silva mövsümün sonunda ayrılacağını təsdiqləyib. Fernandinyonun gələcəyi sual altındadır, karyerasında müəyyən dəyişiklik lazımdır".

Xatırladaq ki, Fernandinyonun "Mançester Siti" ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.