İngiltərənin “Arsenal” klubu Premyer Liqanın 14-cü turu çərçivəsində “Norviç”lə 2:2 hesablı heç-heçəyə razılaşıb. 
Offsideplus.az xəbər verir ki, “topçular” son 6 çempionat oyununda qələbə qazana bilməyiblər. Sonuncu dəfə belə hal 1994-cü ildə yaşanmışdı.
14 oyundan 19 xal toplayan “Arsenal” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşır.