"Mançester Siti” qış transfer pəncərəsində bir neçə futbolçunu transfer etməyi planlaşdırır. 
 Offsideplus.az xəbər verir ki, "Siti” rəhbərliyi mərkəz müdafiəçisi transfer etməyi düşünür. Vsenti Kompaninin gedişindən, Emerik Lyaportun isə ciddi zədə almasından sonra Qvardiola bu mövqeyə futbolçu transfer etmək niyyətindədir. "Mançester Siti”nin hədəfi "Lester"in türk futbolçusu Çağlar Söyünçüdür. Qvardiola türk futbolçunun fiziki görkəmini və topla əla rəftarını bəyəndiyi üçün onun transfer edilməsini istəyir.