"Mançester Yunayted" klubunun futbolçuları Lyuk Şou, Aleks Tuanzebe, Nemanya Matiç zədələrini sağaldıb.

Offsideplus.az xəbər verir ki, həmin oyunçular komanda ilə ümumi məşqlərə başlayıb.

Onlar İngiltərə Premyer Liqasının 13-cü turunda noyabrın 24-ü "Şeffild Yunayted"ə qarşı keçiriləcək matçda baş məşqçi Ole-Qunnar Sulşer şans verəcəyi təqdirdə, oynayacaq.