İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino postundan ayrılıb.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis ilə yollar ayrılıb. Klub prezidenti Daniel Levi verdiyi açıqlamada bu ifadələri işlədib:

"Bu qərarı qəbul etmək heç də asan olmadı. Ötən mövsümün sonunda və bu mövsümün əvvəlindən bəri əldə edilən nəticələr bizi məyus etdi. Klubu düşünərək, belə bir addım atdıq. O, hər zaman bizim üçün dəyərli olaraq qalacaq".

Qeyd edək ki, 47 yaşlı mütəxəssis 2014-cü ildən "Tottenhem"i çalışdırırdı.