"Mançester Yunayted”in borcu getdikcə artır.
 Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasında iştirak edə bilməyən MY maliyyə baxımından xeyli ziyana düşüb. Klubun borcu 450 milyon avroya çatıb.   2020-ci ildə gəlirlərin 650 milyon avroya düşəcəyini proqnozlaşdırırlar. Ötən il gəlir 734 milyon avro olmuşdu.   
Klubun teleyayımdan gələn gəlirləri də 23 faiz azalıb. MY 12 turdan sonra 16 xal toplayaraq, 7-ci pillədə qərarlaşıb.