"Mançester Siti" İngiltərə Premyer Liqasının 12-ci turunun "Liverpul"la matçının baş hakimi Maykl Oliverin idarəçiliyindən narazı qalıb.

Offsideplus.az "The Sun" qəzetinə istinadən xəbər verir ki, "qırmızılar"a məğlub olduqdan bir gün sonra, "şəhərlilər" İngiltərə Peşəkar Hakimlər Şurasının rəhbəri Mayk Rayliyə məktub göndərib. Müraciətdə klub topun 2 dəfə "Liverpul"un müdafiəçisi Trent Alexander-Arnoldun əlinə dəydiyi halda hakimin penalti göstərməməsindən narazılıq ediblər.
Qeyd olunur ki, Rayli "Mançester Siti"nin məktubunu konstruktiv şəkildə cavablandırıb. Bu gün Premyer Liqada çıxış edən 20 klubunun rəhbərliyi ilə görüş keçiriləcək, bu görüşdə video təkrarlanması sisteminin (VAR) istifadəsindəki dəyişiklikləri təqdim olunacaq.