“Çelsi” klubunun baş məşqçisi Frenk Lempard İngiltərə mətbuatına  maraqlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis Premyer Liqada çempionluq yarışında olmadıqlarını deyib:

“Mançester Siti”dən öndə olmaq gözəldir, ancaq biz çempionluq yarışı etmirik. Gənc futbolçularla inkişaf dövrü keçiririk”.

“Çelsi” hazırda Premyer Liqada 26 xalla 3-cü sıradadır. “Zadəganlar” lider “Liverpul”dan 8 xal geridə qalır. “Mançester Siti” isə 25 xalla 4-cüdür.