İspaniya millisinin və "Barselona"nın sabiq baş məşqçisi Luis Enrike "Arsenal"dan istefaya göndəriləcəyi gözlənilən Unai Emerini əvəz edə bilər.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "topçular"ın idman direktoru Raul Sanllexi 49 yaşlı mütəxəssislə görüşür. İspaniyalı mütəxəssisin London klubunu çalışdıracağı iddia edilir.

"Arsenal" İngiltərə Premyer Liqasında son 5 oyunda qalib gəlmir. Komanda 12 turdan sonra 17 xalla 6-cı pillədə qərarlaşıb.

Luis Enrike son olaraq İspaniya millisini çalışdırıb. O qızının xəstəliyi ilə əlaqədar millidəki işindən ayrılmışdı.