İngiltərə Premyer Liqasının 12-ci turunda “Lester”ə uduzan (0:2) və bu mövsüm uğursuz çıxışını davam etdirən “Arsenal” yeni baş məşqçi axtarışlarını davam etdirir.

Offsideplus.az xəbər verir ki, London klubu fransalı Arsen Vengerlə yanaşı İspaniya millisi və “Barselona”nın sabiq baş məşqçisi Luis Enrikeylə də danışıqlar aparır.

Qeyd edək ki, 9 yaşlı qızının vəfatı səbəbi ilə Enrike bu ilin martından heç bir yerdə çalışmır.