"Mançester Siti" klubunun əsas qapıçısı Ederson İngiltərə Premyer Liqasının 12-ci turunda "Liverpul"la mərkəzi oyunu buraxacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, zədəli qolkiperin matç gününə kimi hazır olmayacağını vurğulayıb.

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" qarşılaşması noyabrın 10-u keçiriləcək.