"Mançester Siti" klubunun futbolçusu Aleksandr Zinçenko dizindən əməliyyat olunub.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Pep Qvardiola məlumat verib. O, ukraynalı müdafiəçinin 4-5 həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

Qeyd edək ki, Zinçenko 2016-cı ildən İngiltərə klubunun şərəfini qoruyur.