"Mançester Yunayted" klubu növbəti iki transfer pəncərəsi planları barədə qərar qəbul edib. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" iki hücumçu, eyni sayda mərkəz yarımmüdafiəçisi, eyni zamanda mərkəz və sol cinah müdafiəçisi ilə birlikdə 6 oyunçu almaq istəyir.

Hücumçu ampluasına İtaliya "Yuventus"undan Mario Mancukiç və Fransa "Lion"undan Mussa Dembele, yarımmüdafiəçi mövqeyinə isə İspaniya "Atletiko"sundan Saul Nyiges və "Lester"dən Ceyms Meddison əsas namizəddir. Müdafiə möqveyindəki oyunçuların kimliyi isə açıqlanmayıb. Bildirilir ki, bu transferlər həm qış, həm də yay transfer pəncərəsi üçün nəzərdə tutulub.