"Tottenhem" ciddi itki ilə üzləşib.

Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Brayton"la matçda zədələnən qapıçı Huqo Llorisin zədə səbəbindən ən azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Sol qolunda problem aşkarlanan 32 yaşlı qolkiperin əməliyyat olunmayacağı, ancaq gələn ildən məşqlərə qayıdacağı bildirilib.