İngiltərə Premyer Liqasının VIII turunda "Lester"lə görüşdə zədələnən "Liverpul"un lideri Məhəmməd Salahın durumuna aydınlıq gəlib.

Offsideplus.az-ın xarici mətbuata istinadən məlumatına görə, misirli hücumçunun vəziyyəti gözlənildiyi qədər qorxulu deyil.

Qarşılaşmanın son dəqiqələrində zədələnərək əvəzlənən ulduz futbolçunun topuğundakı problemin ciddi olmadığı aşkarlanıb. Ancaq onun "Mançester Yunayted"lə növbəti tur matçında iştirakı sual altındadı.

Qeyd edək ki, "Mançester Yunayted" - "Liverpul" oyunu oktyabrın 20-də keçiriləcək.