"Tottenhem" klubu futbolçusu Mussa Sissoko ilə müqavilənin müddətini uzadıb. 

Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik yeni müqavilə imzalanıb.

 Qeyd edək ki, M.Sissoko 2016-cı ildən İngiltərə təmsilçisində oynayır. O, bu mövsüm ölkə çempionatında 6 matçda meydana çıxıb.