"Tottenhem" qol "silahı" Harri Keyni satmaq fikrində deyil. 

Offsideplus.az-ın məlumatına görə, bunu klub prezidenti Daniel Levi deyib.

Levi potensial alıcıları fikrindən daşındırmaq üçün forvarda qiymət də qoyub. Belə ki, o, İngiltərə millisinin üzvünün transfer qiymətinin 250 milyon funt-sterlinq olduğunu açıqlayıb.

Qeyd edək ki, Harri Keyn "Real"ın maraq dairəsindədi.