“Mançester Siti” klubu ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, Con Stounz sıradan çıxıb. Səhər məşqində əzələsi dartılan 25 yaşlı müdafiəçinin 4-5 həftə meydana çıxa bilməyəcəyi məlum olub.

Qeyd edək ki, 2016-cı ildə “Mançester Siti”də çıxış edən Stounz bu mövsüm “şəhərlilər”in heyətində 3 oyuna çıxıb.