“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola Premyer Liqada “Norviç”ə qarşı dünənki matçdakı məğlubiyyətdən (2:3) sonra lider “Liverpul”la aralarında yaranmış 5 xallıq fərqə zarafatla münasibət bildirib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında o, yumorla deyib:

“Liverpul”, sən artıq çempionsan! Təbrik edirəm! İndi sentyabrdı? Nə olsun ki...”

Qvardiola bildirib ki, komandası bundan sonrakı matçlara köklənəcək.