"Mançester Siti" klubu ciddi itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, Emerik Laporte mövsümün sonuna qədər meydana çıxa bilməyəcək. Bir neçə gün əvvəl dizindən əməliyyat olunan fransalı müdafiəçinin sağalma müddəti uzun çəkəcək.

Qeyd edək ki, 25 yaşlı futbolçu 2018-ci ildən "Şəhərlilər"də çıxış edir.