“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 5-ci turunda “Lester”lə oyuna ciddi itkilərlə çıxacaq.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın 5 aparıcı futbolçusu bu görüşü buraxacaq.

Pol Poqba, Antoni Marsial, Erik Bayi, Diqo Dalot və Lyuk Şou zədə səbəbindən heyətdə yer almayacaq.

Komandanın baş məşqçisi Ole-Qunnar Sulşer zədəlilər barədə bunları deyib: “Onların nə vaxt qayıdacağı bəlli deyil. Hazırda əsas heyətdə kimlərin yer alacağını demək mənim üçün çətindir. Ümid edirəm ki, gələn həftə “Vest Hem”lə matça qədər Pol Poqba və Antoni Marsial zədələrini sağaldacaqlar”.

Qeyd edək ki, "Mançester Yunayted" - "Lester" matçı sentyabrın 14-də keçiriləcək.