"Arsenal" klubu futbolçusu Co Uillokla müqavilənin müddətini uzadıb. 

Offsideplus.az xəbər verir ki, müqavilənin detalları barədə məlumat verilməyib. Britaniya mətbuatı 20 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalandığını yazıb.

Qeyd edək ki, C.Uillok bu mövsüm 3 matçda oynayıb.