"Liverpul" klubu yarımmüdafiəçisi Ceyms Milnerlə müqaviləni yeniləməyə hazırlaşır. 

Offsideplus.az xəbər verir ki, "qırmızılar" 33 yaşlı futbolçu ilə danışıqlara başlayıb.

Milnerin müqaviləsi mövsümün sonunda başa çatır. İngiltərə millisinin sabiq üzvü 2015-ci ildə "Mançester Siti"dən "Liverpul"a keçib.