İngiltərə Premyer Liqa təmsilçisi "Uotford" klubunda baş məşqçisi Xavi Qrasiya ilə yolları ayırıb. 

Offsideplus.az xəbər verir ki, komandanın ölkə çempionatında uğursuz çıxışı səbəbindən bu qərar verilib.

Qeyd edək ki, "Uotford" bu mövsüm Premyer Liqada 3 oyunda uduzub, 1 matçda heç-heçə edib. Komanda 1 xalla sonuncu pillədə qərarlaşıb.