Futbol üzrə İngiltərə çempionatının yeni mövsümündən hakimlərə videokömək sistemi olan VAR da işə düşüb.
Amma bu sistem heç də hamının xoşuna gəlmir. 

Offsideplus.az xəbər verir ki, misirli futbol ulduzu Məhəmməd Salah VAR-ın əleyhinə çıxıb. “Liverpul”un lideri heç vaxt bu sistemi bəyənmədiyini bildirib.

“Mən futbolu necə varsa, elə də sevirəm. Hakimlərin səhvləri və bəzən futbolçuların aqressiv davranışı ilə. Mən futbolu səhvləri ilə qəbul edirəm. Belədə oyun daha həyəcanlı alınır”, – Salah belə deyib.

Futbolçunun fikrincə, VAR-ın yeganə yaxşı xüsusiyyəti odur ki, oyunçuları rəqibin kobudluğundan qoruyur.

Salahın oynadığı “Liverpul” 6 xal toplayıb. VAR onun komandasına liderliyi ələ keçirməyə mane olmayıb.(bizimyol.info)