"Mançester Yunayted" klubu qapıçısı Joel Pereyranı icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı qolkiper 2019/2020 mövsümünü icarə əsasında Şotlandiyanın əsas liqası təmsilçisi "Harts"da çıxış edəcək.

Qeyd edək ki, J.Pereyra bu yay komandanın təlim-məşq toplanışı çərçivəsində bəzi matçlarda iştirak edib. O, Beynəlxalq Çempionlar kubokunda "Milan"a qarşı görüşdə də oynayıb.