Misirin yığmasının və "Liverpul” klubunun aparıcı forvardı Məhəmməd Salah İngiltərə Premyer Liqasının ən yüksək məvacib alan oyunçusu ola bilər. 

Offsideplus.az xəbər verir ki, futbolçu ilə müqaviləni 2023-cü ilə qədər uzadan "Liverpul” onun üçün rekord məbləğdə yeni təklif hazırlayır.

Belə ki, klub futbolçuya ildə 22,5 milyon funt sterlinq ödəməyə hazırdır.