"Tottenhem" klubu aparıcı futbolçusu Kristian Erikseni komandada saxlamaq istəyir. 

Offsideplus.az xəbər verir ki, London klubu danimarkalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edib. Əgər 27 yaşlı oyunçu komandada qalmağa razılıq versə, həftəlik gəliri 200 min funt-sterlinq təşkil edəcək.

Qeyd edək ki, Eriksenin "Tottenhem"lə 2020-ci ilin yayına qədər sözləşməsi var. Təcrübəli futbolçunun hazırkı qazancı həftəlik 80 min funtdur.