"Liverpul" futbolçusu Məhəmməd Salahla müqavilənin müddətini uzatmağa hazırlaşır.

Offsideplus.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, İngiltərə klubu yeni müqavilə ilə 27 yaşlı hücumçunun illik maaşını artırmağı planlaşdırır. Misirli oyunçu bu təklifi qəbul edəcəyi təqdirdə, ilinə 22.4 milyon funt sterlinq qazanacaq. Bununla da, o, Premyer Liqanın ən çox qazanan futbolçusu olacaq.

Qeyd edək ki, Salahın "Liverpul"la hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.