"Liverpul" futbolçusu Divok Oriqi ilə müqavilənin müddətini artırıb.

Offsideplus.az-ın klubun saytına istinadən 24 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb.

Qeyd edək ki, belçikalı oyunçu 2014-cü ildən İngiltərə təmsilçisinin şərəfini qoruyur. O, ötən mövsüm 22 matçda 8 qol vurub.