"Çelsi" klubu yarımmüdafiəçisi Ruben Loftus-Çiklə yeni müqavilə bağlayıb. 

Offsideplus.az xəbər verir ki, London təmsilçisi 23 yaşlı futbolçunun sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər uzadıb.

Qeyd edək ki, Loftus-Çik 2014-cü ildən "Çelsi"nin əsas komandasında çıxış edir.