"Mançester Siti" klubu futbolçusu Kayl Uokerlə yeni müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2024-cü ilin iyununa qədər uzadılıb.

 

Qeyd edək ki, 2017-ci ildə "Tottenhem"dən Mançester təmsilçisinə keçən K.Uoker indiyə kimi 100 oyuna çıxıb.