"Derbi"nin baş məşqçisi Frenk Lempard tezliklə "Çelsi"nin "sükanı arxası"na keçə bilər.

Offsideplus.az xəbər verir ki, Çempionşip təmsilçisi artıq bununla barışıb.

Klub rəhbərliyi indidən Lemparda əvəzləyici axtarışına başlayıb. Maraqlıdı ki, Lempardın "Çelsi"yə gedişi təqdirində, onu keçmiş komanda yoldaşı Con Terri əvəz edə bilər. Yaxın iki gündə hər iki təyinatın açıqlanması gözlənilir.

Qeyd edək ki, Lempard və Terri 2001-2014-cü illərdə "Çelsi"nin formasını geyinib.