“Liverpul” klubu Məhəmməd Salahın transferi məsələsində “Real” və “Yuventus”un təkliflərini geri çevirib.


Offsideplus.az xəbər verir ki, 27 yaşlı misirli futbolçu “Liverpul”da qalmaq qərarına gəlib.

Salah transfer təkliflərindən özü imtina edib.

Qeyd edək ki, 2018-2019-cu illər mövsümündə Salah 52 oyunda meydana çıxıb və 27 qol vurub. Futbolçunun “Liverpul”un Çempionlar Liqasındakı uğurunda rolu az deyil.